Newscenter.az.15.09.2020. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Quba, Bərdə və Samux rayonları ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.
Newscenter.az xəbər verir ki, Xidmət rəisinin müavini Bəhruz Məhəmmədov araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakinləri Mahir Həsənov, Zaur İmanov, Bərdə rayon sakinləri Vüqar Muradov, Məmməd Vəliyev, Mustafa Usubov olduğu məlum olub və onlardan ov tüfəngləri götürüldüyünü bildirib.
O qeyd edib ki, faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 1 000 manat məbləğində cərimə olunub”.