Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BNA tədris mövsümü ilə əlaqədar yeniliklər edib



Newscenter.az.24.09.2020. Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt yollarında piyada təhlükəsizliyi səviyyəsinin artırılması məqsədi ilə işləri davam etdirir.

Bu barədə Newscenter.az-a BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Məlumata görə, xüsusilə, azyaşlıların mütəmadi olaraq səfər etdiyi orta təhsil müəssisələrinin ətrafında müxtəlif təhlükəsizlik tədbirləri görülməkdədir. Bu çərçivədə 206 təhsil müəssisəsinin ətrafında mövcud eyni səviyyəli piyada keçidləri yenilənib, sürücülər tərəfindən tez-tez sürət həddinin aşıldığı 3 təhsil müəssisəsinin qarşısında sürət məhdudlaşdırıcı maneələr (tramplin) quraşdırılıb, təhlükəsizliyin maksimum həddə çatdırılması üçün 7 təhsil müəssisəsinin ətrafında yerləşən eyni səviyyəli piyada keçidlərinin önündə, asfalt üzərində “Məktəb”, “Yavaş” sözləri yazılıb.

Bundan başqa, ilin sonuna kimi bu kimi işlərin davam etdirilməsi, mövcud eyni səviyyəli piyada keçidlərinin mütəmadi olaraq yenilənməsi, daha 7 təhsil müəssisəsinin ətrafında sürət hədlərinin optimallaşdırılması, müvafiq yol nişanlarının quraşdırılması planlaşdırılır.
Xəbəri paylaş