Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təhsil naziri: "Ermənilər 9 məktəbə ciddi ziyan vurub"



Newscenter.az.30.09.2020. "Son günlər ərzində ermənilərin təcavüzkar siyasi nəticəsində 14 bölgədə 420 məktəbin fəaliyyəti məhdudlaşdırılıb. Bu məsələ daim nəzarətdədir".

Bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili mövzusunda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, ağır artilleriyadan atılan atəşlər nəticəsində 9 məktəbə ciddi ziyan dəyib:

"İki şagirdimiz həlak olub, bir müəllimimiz yaralanıb. Biz nikbinik və əminik ki, orudumuz qısa müddətdə torpaqlarımızı azad edəcək və orada tədris bərpa ediləcək".
Xəbəri paylaş