Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azərbaycan Dəmir Yolları” QSC Silahlı Qüvvələrə Yardım Fonduna ianə etdi



Newscenter.az.8.10.2020. Rəşadətli Azərbaycan Ordusunun ərazi bütövlüyümüzün təmin olunması naminə erməni işğalçıları üzərində qazanmaqda olduğu möhtəşəm zəfərlər bütün xalqımızda böyük ruh yüksəkliyi yaratmaqla hamımıza qələbə sevinci bəxş etməkdədir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Ordumuza daim xüsusi diqqət və qayğı göstərilərək onun ən yüksək səviyyədə təchizatı təmin edilir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin çoxsaylı kollektivi ölkəmizin müdafiəsinin təmini işində səfərbər olmaqla qarşısında qoyulan vəzifələrin məsuliyyətini dərk edir, Ali baş komandanın ətrafında sıx birləşərək cəbhədə strateji tapşırıqların icrasına hər an hazır olduğunu qətiyyətlə bəyan edir.

Newscenter.az-a Səhmdar Cəmiyyətdən bildirilib ki, Azərbaycan dəmiryolçuları Silahlı Qüvvələrə Yardım Fondunun vəsaitlərinin artırılması təşəbbüsünü vətəndaşlıq borcu hesab edərək əmək haqları hesabına Fonda 743 min manat vəsait köçürüblər.

Xatırladaq ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb.

Azərbaycan Dəmiryolçuları Vətən müharibəsində böyük qələbələr əldə edən qəhrəman əsgərlərimizlə qürur duyur.

Sevinc
Xəbəri paylaş