Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrail Ali Məhkəməsi Azərbaycana silah satışı qadağası iddiasını rədd etdi



Newscenter.az.13.10.2020. Ötən gün İsrail Ali Məhkəməsi Azərbaycana silah satışına qadağanın qoyulması vəsatətini dəlil çatışmazlığı səbəbi ilə təmin etməyib.

“Report” xəbər verir ki, bu barədə məlumatı “Jerusalem Post” yayıb.

Hakim Yosef Elronun sözlərinə görə, iddiaçının məhkəməyə təqdim etdiyi materialların heç birində dinləmənin keçirilməsi üçün yetərincə dəlil yoxdur.

Hakim qeyd edib ki, bu, ən yaxşı halda İsrail silahının Azərbaycana satıldığı və həmin silahın ölkənin arsenalında sadəcə özünümüdafiə məqsədilə saxlanıldığını sübut edə bilər.
Xəbəri paylaş