Newscenter.az.15.10.2020. Energetika naziri Pərviz Şahbazov həmsədr olduğu hökumətlərarası komissiyaların qarşı tərəflərdən həmsədrləri Ermənistanın Azərbaycana qarşı son təxribatları barədə məlumatlandırıb.
Bu barədə Newscenter.az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Nazir öz həmkarlarına Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərin həlak olması və yaralanması, həmçinin strateji əhəmiyyətli enerji infrastrukturu obyetktlərinin hədəfə alınması barədə məlumat verib.
Energetika Nazirliyi Azərbaycanla Böyük Britaniya, İtaliya, Ukrayna, Qazaxıstan və Vyetnam arasında hökumətlərarası komissiyaların həmsədridir.