Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mülki əhali arasında təbliğat-təşviqat işləri davam edir



Newscenter.az.16.10.2020. Əks-hücum əməliyyatları zamanı mənəvi-psixoloji təminat tədbirləri çərçivəsində keçirilən təbliğat-təşviqat işi davam edir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ali Baş Komandanın müraciətləri, həmçinin işğaldan azad olunmuş kəndlər haqqında məlumatlar operativ şəkildə çap olunmuş bülletenlər və səyyar radioqovşaq vasitəsilə mülki sakinlərə çatdırılır.

Keçirilən tədbirlər cəbhəboyu zonada yaşayan dinc sakinlər tərəfindən ruh yüksəkliyi ilə qarşılanır.
Xəbəri paylaş