Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cəbhədə ardıcıl məğlubiyyət Ermənistanda sosial-siyasi böhranı daha da dərinləşdirib

Cəbhədə ardıcıl məğlubiyyət Ermənistanda sosial-siyasi böhranı daha da dərinləşdirib


Newscenter.19.10.2020. Ciddi məğlubiyyətə uğrayaraq Füzuli şəhərini və rayonun bir sıra kəndlərini itirən işğalçı Ermənistan ordusunun müqavimət qabiliyyəti tam tükənib. Düşmən ordusu iflic vəziyyətinə düşüb, şəxsi heyət arasında ruh düşkünlüyü pik həddə çatıb. Ermənistan ordusu bütün cəbhə boyu ağ bayraq qaldıraraq təslim olmaq ərəfəsindədir.

Cəbhədə ardıcıl məğlubiyyət iqtisadi durumun ağır olduğu və əhalinin ciddi sosial problemlər yaşadığı Ermənistanda siyasi böhranı daha da dərinləşdirib. Heç şübhə yoxdur ki, ölkə daxilində Paşinyanın həyata keçirdiyi siyasətə etirazlar artır, əks qüvvələr revanş götürmək üçün hərəkətə keçirlər. Artıq Ermənistanın əhalisi dövləti və dövlətçiliyi bataqlığa aparan kriminal hakimiyyətə qarşı çıxmaqdadır. Ermənistan əhalisi kriminal rejimin başçılarını məsuliyyətə cəlb etməyin zamanını gözləyir. Ermənistanda hərbi komissarlıqlarda təşkil olunan mitinqlər artıq onu deməyə əsas verir ki, onlar həqiqəti dərk ediblər və bu cinayətdə iştirak etmək istəmirlər. Erməni xalqının öz cinayətkar xunta rejimi başçılarını məsuliyyətə cəlb edəcəyi heç kəsdə şübhə doğurmur. Şəxsi heyətdə ciddi itkilər Ermənistan vətəndaşlarının hiddətini daha da artırır, artıq valideynlər öz övladlarını orduya buraxmırlar və müxtəlif vasitələrlə hərbi xidmətdən yayındırırlar. Eyni zamanda, əsgərlər arasında kütləvi fərarilik baş alıb gedir, orduda xidmətdən boyun qaçıranları məsuliyyətə cəlb etmək praktikası heç bir nəticə vermir. Hətta, Ermənistanda insanlar hərbi çağırış məntəqələrinin qarşısını kəsir, onların fəaliyyətini iflic vəziyyətinə salırlar.

Ölkədə və orduda mövcud vəziyyət Paşinyan hakimiyyətinə reallıqla barışmaqdan başqa çıxış yolu saxlamayıb. Paşinyanın Prezident İlham Əliyevə yalvarmaqdan başqa çıxış yolu qalmayıb. Ermənistan siyasi, iqtisadi, sosial və hərbi böhran mərhələsinə qədəm qoyub və belə bir vəziyyətdə Paşinyan hakimiyyəti çıxış yolunu Azərbaycanla istənilən şərt altında razılaşmaya getməkdə görməlidir. Əks təqdirdə Ermənistan ordusuz, Paşinyan isə hakimiyyətsiz qalacaq.

Sədaqət Vəliyeva-Milli Məclisin deputatı
Xəbəri paylaş