Düşmənin 5-ci dağatıcı alayının tabor komandiri itkin düşüb
Tarix: 22-10-2020, 08:54
Newscenter.az.22.10.2020. Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayın müdafiə sahəsinə endirilən artilleriya zərbələri nəticəsində düşmən ölən və yaralanan olmaqla çoxlu sayda itki verib.
Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Alayın 3-cü taborunun komandiri Robert Hambartsumyan itkin düşüb, taborun qərargah rəisi isə məhv edilib. Yeraltı sığınacağın sıradan çıxarılması nəticəsində düşmənin şəxsi heyət arasında xeyli itki olub.