Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İslam Əməkdaşlığı Təşkilatından Azərbaycana tam dəstək



Newscenter.az.22.10.2020. İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəsə rəğmən davamlı hücum etməsini və dinc əhalini hədəfə almasını pisləyib.

Bu barədə Təşkilatın bəyanatında qeyd olunub.

Bəyanatda təşkilatın Azərbaycanla həmrəyliyi, İƏT və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri vurğulanıb.

“Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmalıdır”, - bəyanatda bildirilib.
Xəbəri paylaş