Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin köməkçisi: "Raketlər Ermənistanın Qafan və Cermuk bölgələrindən atılıb"



Newscenter.az.22.10.2020. “Azərbaycanın hərbi əməliyyatlar teatrından çox uzaq olan möhtəşəm turizm mərkəzi Qəbələ Ermənistanın raket zərbəsinin hədəfinə çevrilib”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter səhifəsində yazıb.

“Ermənistanın Qafan və Cermuk bölgələrindən raketlər atılıb. Çox güman ki, Səddam Hüseynin istifadə etdiyi “SKAD”lardır. Ermənistanın ağılsızlığının həddi-hüdudu yoxdur”.
Xəbəri paylaş