Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstan müsəlmanları Fransa prezidentinə etiraz edir



Newscenter.az.26.10.2020. “Fransa prezidenti Emmanuel Makron Məhəmməd peyğəmbərin karikaturalarını yayımlamaq barədə vədlər verib. Bu addım və Hz. Peyğəmbərə qarşı hörmətsizliyi leqallaşdırıb bəraət qazandırmaq bütün müsəlman ölkələri kimi Gürcüstanda yaşayan müsəlmanların da narahatlığına səbəb olub”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin bəyanatında bildirilib.

Gürcüstan ruhaniləri hesab edirlər ki, İslam düşmənliyindən xəbər verən bu cür məsuliyyətsiz rəftar dinlərarası münasibətlərin, tolerantlığın sarsılmasına və islamafobiyanın yayılmasına səbəb olacaq.

“Radikal dinçiləri bəhanə edərək milyonlarla müsəlmanın müqəddəs şəxsiyyətinin, sevgili peyğəmbərinin təhqirinə izn vermək bütün İslam ümmətinə hörmətsizlik deməkdir. Fransanın dövlət başçısının “İslam bu gün dünyanın hər yerində böhran yaşayan bir dindir” deməsini də əsassız bir ittiham hesab edir, qətiyyətlə pisləyirik”, - bəyanatda qeyd olunub.
Xəbəri paylaş