Newscenter.az.17.11.2020. Noyabrın 14-də işğaldan azad edilmiş ərazilərdə melirasiya və irriqasiya sistemlərinin bərpası ilə əlaqədar keçirilən tədbir çərçivəsində Qubadlı Suvarma Sistemləri İdarəsinin təsis edilməsi elan edilib.
Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı"ASC-nin sədri Əhməd Əhmədzadə elan edib.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı"ASC-nin nümayəndəsi Dilqəm Şərifov bildirb ki, tədbirdən sonraQubadlı Suvarma Sistemləri İdarəsinə yeni rəis təyin olunub.
İşğaldan azad edilən yerlərdə səhmdar cəmiyyətinin balansında olan obyektlərin inventarlaşdırması, onların vəziyyətinin ilkin qiymətləndirilməsi və hazırlıq tədbirləri məqsədilə qurumun sədr müavini rəhbərliyi ilə Komissiya yaradılıb.
Qeyd edək ki, Qubadlı Suvarma Sistemləri İdarəsinin balansında 5200 hektar suvarılan sahə, 998 km suvarma kanalları, 7 nasos stansiya, 129 ədəd suvarma qurğusu və1 hidroqovşaq (Həkərəçay HQ) olub.
Xatırladaq ki, Cənab Prezident İlham Əliyev noyabrın 6-da “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.Sərəncama əsasən, sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb.
Həmin komissiyanın tərkibində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC - də nümayəndəsi var. Dövlət Komissiyasına Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini iki ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb. Bu komissiya tərəfindən bütün sahələrdə olduğu kimi su təsərrüfatı və meliorasiya obyektləri müəyyən ediləcək.
Sevinc