Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə zəlzələ oldu



Newscenter.az.20.12.2020. Egey dənizində 4 bal gücündə zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Qeyd edilir ki, yeraltı təkanlar Çanaqqala vilayətində, Gökçeada rayonundan 155,72 kilometr məsafədə qeydə alınıb. Zəlzələ ocağı 15,35 kilometr dərinlikdə yerləşib.

Eyni zamanda Denizli əyalətində də yerli vaxtla saat 23:19-da 3 bal gücündə zəlzələ qeydə alınıb. Dağıntı və ya tələfat qeydə alınmayıb.
Xəbəri paylaş