Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabiq prezident: Ukraynaya hərbi yardım göstərilməməlidir

Sabiq prezident: Ukraynaya hərbi yardım göstərilməməlidir


Mütərəqqi Bolqarıstan koalisiyasının lideri, Bolqarıstanın 5-ci prezidenti Rumen Radev Ukraynaya hərbi yardımın zəruri olduğuna inanmır.

Newscenter.az TASS-a istinadən bildirir ki, Radev, bunu 19 aprelə təyin olunmuş növbədənkənar parlament seçkiləri ərəfəsində BTV-yə verdiyi müsahibədə deyib.

Sabiq prezident qeyd edib ki, Ukrayna ilə bağlı düşünülməmiş, nəticələrini nəzərə almayan qərarlar qəbul edilir:

"Bu, həm Bolqarıstanı, həm də Avropa Birliyini böhrana aparır".

Radev xatırladıb ki, 2023-cü ildə Aİ-nin Ukraynaya bir milyon mərmi verməsi təşəbbüsü irəli sürülüb:

"Həmin vaxt Aİ Şurası səviyyəsində mən Bolqarıstanın həmkarlarının Ukraynaya yardımına mane olmayacağını, lakin bu işdə iştirak etməyəcəyini bildirdim. Eyni şey maliyyələşdirmə məsələsinə də aiddir. Kim ödəmək istəyirsə, qoy ödəsin. Biz müdaxilə etməyəcəyik və ya veto qoymayacağıq, amma bu yardım üçün pul ödəməyimizin mənasını görmürəm".


Anar
Xəbəri paylaş