Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycana gətiriləcək vaksinlər 2 il müddətində vergidən azad olunur



Newscenter.az.1.01.2021. Bu gündən koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin Azərbaycana idxalı 2 il müddətinə ƏDV-dən azad olunur.

Bununla bağlı Vergi Məcəlləsinə edilmiş dəyişikliklər qüvvəyə minib.

Məcəlləyə edilmiş dəyişikliklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin idxalı – 2021-ci il yanvarın 1-dən 2 il müddətinə ƏDV-dən azad olunub.

Digər dəyişikliklə isə illik emalı 3 milyon tondan az olmayan neft emalı zavodlarının yenidən qurulması zamanı gətirilən mal və materialların əlavə dəyər vergisindən 2 il müddətinə azad olunub.
Xəbəri paylaş