Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fatma Yıldırım: "Problemlərin öhdəsindən birlikdə gələcəyik"



Newscenter.az.1.01.2020. “Başa vurduğumuz 2020-ci il ərzində seçicilərimiz tərəfindən 553 müraciət daxil olub. Onlardan 310-u mərkəzi və yerli icra hakimiyyəti orqanlarına yönləndirdiyimiz sorğu nəticəsində həll edilib, 188-i isə aidiyyəti üzrə icraatdadır”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım 2020-ci illə bağlı hesabatında qeyd edib. Millə vəkili bildirib ki, göstərilən müddət ərzində 55 müraciət isə qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün əsassız sayılıb:

“Qalib ölkənin vətəndaşları olaraq növbəti ildə də fəaliyyətimizi şəffaflıq və hesabatlılıq prinsipi ilə davam etdirəcək, hər bir müraciətinizi diqqətdə saxlamağa və səlahiyyətlərimiz çərçivəsində həllinə çalışacağıq. Problemlərin öhdəsindən birlikdə gələcəyik! Çünki biz birlikdə güclüyük!”

Mehman
Xəbəri paylaş