Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsveçdə Vətən müharibəsinin şəhidləri yad edilib



Newscenter.az.1.01.2021. Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində İsveçdə yaşayan azərbaycanlılar 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəman əsgər və zabitlərimizin xatirəsini yad ediblər.

Bu barədə Newscenter.az-a məlumat verən İsveç Azərbaycan Birliyinin sədri Sevda Dadaşova deyib ki, 31 dekabr dünya azərbaycanlıların həmrəlik günü İsveçdə yaşayan azərbaycanlılar Şəhidlərimizin xatirəsini yad etmək üçün Azərbaycan Respublikasının bu ölkədəki səfirliyinin önündə toplaşıblar. Təşkilat sədri bildirib ki, tədbir Azərbaycan Respublikasının dövlət himninin ifası ilə başlıyıb, bir dəqiqəlik sükütla Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi anılıb:

"Tədbir vətənpərvər mövzuda musiqilərin ifası ilə davam edib. Anım tədbirində iştirak edən həmvətənlərimiz çıxışlarında Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi zəfər, ölkəmizin artan gücü və qüdrəti və s. barədə danışıblar. Tədbir iştirakçıları şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr, yaralı qazilərimizə isə şəfa diləyiblər. Soydaşlarımız tədbir müddətində "Biz şəhidlərimizə ömür boyu boclu olacağıq", "Vətən sağ olsun", "Şəhidlər ölməz, Vətən bölünməz" şuarları səsləndiriblər".

Mehman

Xəbəri paylaş