Newscenter.az.3.02.2021. Əmək və əhalinin sosial müdafiəsinin sabiq naziri Səlim Müslümov həbs edilib.
Hüquq mühafizə orqanları tərəfindən keçmiş məmur ciddi korrupsiya faktları ilə saxlanılıb.
Qeyd edək ki, Səlim Müslümov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun yaxın kadrı kimi tanınır. K.Heydərov Dövlət Gömrük Komitəsinin sədi olduğu dövrdə S.Müslümov onun müavini olub.
S. Müslümov həmin illərdə korrupsiya əməlinə görə həbs həyatı yaşayıb. Səlim Müslümov bəraət aldıqdan sonra DSMF sədri, daha sonra isə Əmək və Əhalinin sosial müdafiə naziri vəzifəsində çalışıb.
Xatırladaq ki, 2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı müvafiv sərəncama əsasən o, vəzifəsindən azad edilib.
Həbs xəbərini S.Müslümovun yaxınları unikal.org-a təsdiqləyiblər.