Altay Həsənov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Tarix: 4-02-2021, 19:28
Newscenter.az.4.02.2021. Prezident İlham Əliyev Altay Həsənovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Newscenter.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Altay Tofik oğlu Həsənov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Altay Həsənov Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisidir. Bu gün onun 60 yaşı tamam olur.