Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jalə Əhmədova: "Milli Prioritetlər Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə zəmanət verir"

Jalə Əhmədova: "Milli Prioritetlər Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə zəmanət verir"


Newscenter.az.4.02.2021. Möhtərəm Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" 2030-cu ilə qədər olan mərhələdə ölkəmizin iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir.

Müəyyən edilmiş Milli Prioritetlər birmənalı olaraq ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafının təmin edilməsi üçün zəruri olan cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsini də daha da möhkəmləndiriləcək. Bu gün Azərbaycan əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolu ilə uğurla addımlayır. Möhtərəm Prezident İlham Əliyev tərəfindən milli sosial rifah səviyyəsinin artması məqsədilə davamlı olaraq əhatəli dövlət proqramları hazırlanır və həyata keçirilir. Bu baxımdan yüksək iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil edir. Hesab edirəm ki, növbəti on il ərzində də ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndiriləcək.

Təsdiqlənmiş Milli Prioritetlər dövlətin, cəmiyyətin və fərdlərin inkişafına xidmət edəcək. Reallaşdırılacaq iqtisadi islahatlar vətəndaşların sosial rifahını təmin edəcək və bu inkişafdan da hər bir vətəndaşımız bəhrələnəcək. Fikrimcə, yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin sosial rifahı mühüm amil olduğundan iqtisadiyyat inkişaf etdikcə vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin olunacaq.

Möhtərəm Prezident İlham Əliyev tərəfindən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair müəyyən edilmiş beş Milli Prioritet bu inkişafı artıq tamamilə yeni, keyfiyyətcə daha yüksək və daha dinamik bir mərhələyə çıxaracaq. Bu prioritetlər: Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış; Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsidir. Hesab edirəm ki, möhtərəm Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər növbəti on il ərzində Azərbaycanda müşahidə olunan sosial-iqtisadi inkişafı tamamilə yeni, keyfiyyətcə daha yüksək mərhələyə çıxaracaq.

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş