Newscenter.az.4.02.2021. “Media Təhlil Mərkəzi” tərəfindən yanacaqdan istifadə ilə bağlı ictimaiyyətin fikrini öyrənmək məqsədi ilə 06-11 yanvar tarixləri arasında sorğu keçirilib.
Newscenter.az-a daxil olan xəbərə görə, sorğuda iştirak edən 725 respondentin 13,2%-ini qadınlar, 86,8%-ini isə kişilər təşkil edib.
Sorğu nəticələrindən məlum olub ki, respondentlərin 85,2%-i avtomobil üçün nəzərdə tutulan yanacağın keyfiyyətindən narazıdır, 14,8%-i isə razıdır.
Respondentlərin 65%-i Aİ92 markalı benzindən, 18,5%-i Aİ95 markalı benzidən, 13,4%-i dizel yanacağından, Aİ98 markalı benzindən isə cəmi 2,4%-i istifadə etdiyini bildirib. Maye qaz istifadəçilərinin faiz nisbəti isə 0,4% olub.
Sorğulananların 43,9%-i ay ərzində yanacağa 100-200 manat, 25%-i isə 100 manata qədər pul xərclədiklərini bildiriblər. Aylıq büdcəsindən yanacağa 200-300 manat ayıranların faiz nisbəti 21,1%, 300 manatdan çox pul xərcləyənlərin faiz nisbəti isə 10% olub.
Mehman