Newscenter.az.4.02.2021. Kaspersky-nin apardığı sorğuya* görə, kiçik şirkətlərin uzaqdan işləyən işçiləri işəgötürənlərin təkcə texniki dəstəyinə ehtiyac duymur. Emosional və psixoloji dəstək, həmkarları və rəhbərliyi ilə şəxsi ünsiyyət, həmçinin iş proseslərinin təşkili üçün daha çevik bir yanaşma mikro, kiçik və orta müəssisələr üçün eyni dərəcədə əhəmiyyətlidir.
Pandemiya dünyanın bir çox şirkətinə təsir edib, kiçik müəssisələr isə daha çox zərər görüb. Çoxsaylı araşdırmalara görə, bəzi ölkələrdə kiçik şirkətlərin 90% -ə qədəri istehsal, satış və gəlirlərdə azalmayla üzləşib və hətta tamamilə bağlanıb. İşçilərin bu cür problemlərin öhdəsindən necə gəlməsi və şirkətlərin onlara bu işdə onlara necə kömək etməsinin biznesə böyük təsiri ola bilər.
Newscenter.az xəbər verir ki, Kaspersky-nin apardığı sorğuya görə, əlavə subsidiyalara və sosial dəstəyə aşkar ehtiyacdan başqa KOB sektorunun işçiləri emosional və psixoloji dəstəyə də çox ehtiyac duyur. Mikro, kiçik və orta müəssisələrdə sorğuya cəlb edilənlərin təxminən dörddə biri bunu çox vacib hesab edir. Pandemiya yalnız iş və gündəlik həyata təsir etməyib. İnsanlar özlərinin və yaxınlarının sağlamlığı ilə bağlı daha çox narahat olmağa, gələcəyə daha az nikbin baxmağa başlayıblar.
Bundan əlavə, respondentlər pandemiya zamanı üz-üzə ünsiyyət qurmaq imkanının itirdiklərini, həmkarları ilə çat və video ünsiyyətin imkan verə biləcəyindən daha yaxın adi insan münasibəti çatışmazlığı yaşadıqlarını qeyd ediblər. Bunu kiçik və orta təşkilatlardakı işçilərin 24%-i və kiçik firmaların nümayəndələrinin 20%-i bildirib. Təxminən hər üç nəfərdən biri iş axınının qurulmasında daha çox çevikliyə ehtiyac duyub: məsələn, ailə şəraiti üzündən iş qrafikini dəyişdirmək lazım gəlib.
Ən kiçik şirkətlərin işçiləri rəqəmsal aləmdə ən avtonom olanlardır. Belə ki, 50-yə qədər işçisi olan firmaların işçiləri digərlərinə nisbətən daha az texniki dəstəkdən asılıdırlar (yalnız 35%). Bu, kiçik şirkətlərdə iş ehtiyacları üçün fərdi cihazlardan istifadə də daxil olmaqla, öz iş mühitinin yaradılması vərdişi ilə əlaqəli ola bilər.
“Mütəxəssislər davamlı olaraq xəbərdarlıq edir ki, uzaqdan iş zamanı işçilərin kiber məkandakı hərəkətləri daha risklidir. Bu, xüsusən insanların yeni peşəkar gerçəklikdə sürətli qərarlar verməyə çalışdıqları kiçik şirkətlərə aiddir və bu, təşkilatın bütün resurslarını həyatdaq qalmaq üçün yönəltməyə kömək edir. Bununla birlikdə, güclü iş göstəricilərini qorumaq üçün, rəhbərlik əmin olmalıdır ki, işçilər təhlükəsiz iş üçün lazım olan hər şeyə sahibdir. Şəxsi noutbuklar üçün təhlükəsizlik həlləri təmin etmək vacibdir, çünki onlar bütün veb xidmətlərinə bu cihazlardan giriş əldə edirlər," deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.
Uzaqdan işi işçilər üçün mümkün qədər rahat və təhlükəsiz etmək üçün Kaspersky şirkətlərə aşağıdakı tədbirləri görməyi tövsiyə edir:
• açıq və dürüst ünsiyyət işçilər üçün vacibdir. Yüksək rəhbərliklə "Məndən bir şey soruşun" formatında görüşlər təşkil edin ki, top menecerlər əməkdaşlarla biznesin yeni şərtlər daxilində işləməyə necə davam edəcəyi barədə danışa bilsin;
• işçilərinizin emosional vəziyyətini, onların iş yükünü anlamaq, məsafədən işləmək üçün lazım olan hər şeylərinin olub-olmadığını, iş proseslərini başa düşüb-düşmədiklərini öyrənmək üçün sorğular keçirin;
• işçilərə informasiya təhlükəsizliyinin əsaslarını öyrədin ki, məsələn, fişinq qurbanına çevrilməyin qarşısını necə almağı, hesabları və şifrələri necə idarə etməyi bilsinlər. Uzaqdan iş rejimində Kaspersky ASAP kimi onlayn platformaların köməyilə bunu etmək xüsusilə rahatdır
• etibarlı təhlükəsizlik həlli tətbiq edin. Bu, istənilən şirkət üçün vacibdir. Kiçik şirkətlər üçün yaradılan Kaspersky Small Office Security uzaqdan quraşdırıla və çox vaxt, resurs və ya xüsusi bilik tələb etmədən buluddan idarə oluna bilər.
"Pandemiya sonrası iş: o necə təşkil ediləcək" araşdırmasının tam versiyasını buradan görə bilərsiniz.
“Pandemiya sonrası iş: o necə təşkil ediləcək” araşdırması Censuswide agentliyi tərəfindən 2020-ci ilin oktyabr ayında xüsusi olaraq Kaspersky üçün həyata keçirilmişdir. Sorğuda dünya üzrə 8 min insan iştirak edib.
Sevinc