Newscenter.az.12.02.2021. “Azəriqaz” İB bildirişlərin verilməsi sistemində də yeniliklər etmək qərarına gəlib.
Newscenter.az İstehsalat Birliyinə istinadən xəbər verir ki, sonradan ödənişli sayğacın göstəricilərinin fiziki olaraq nəzarətçi tərəfindən oxunmasını istəməyən abonentlər bildirişlərini SMS vasitəsilə almaq istərsə, bu da dərhal yerinə yetiriləcək.
Belə ki, mart ayının 1-5 tarixləri intervalında sonradan ödənişli sayğac istifadəçisi öz sayğacının göstəricisinin aydın görünən fotosunu Birliyin “Çağrı Mərkəzi”nin (+994 77) 3 104 104 saylı “Whatsapp” nömrəsinə göndərə bilər. Bir şərtlə ki, mesajın göndərildiyi mobil nömrə ona aid olsun və ayarlardan (menyudan) əməliyyat sistemi elə tənzimlənməlidir ki, fotonun üzərində çəkildiyi tarix əksini tapsın.
Sevinc