Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dörd aydan çoxdur koma vəziyyətində olan Vətən müharibəsi qazisi vəfat etdi



Newscenter.az.12.02.2021. Dörd aydan çoxdur koma vəziyyətində olan Vətən müharibəsi qazisi İsmayılzadə Tacəddin Vüqar oğlu vəfat edib.

“Report”un Sumqayıt-Abşeron bürosu xəbər verir ki, 24 yaşlı Sumqayıt sakini T.İsmayılzadə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Tacəddin İsmayılzadə həm də Aprel döyüşlərinin iştirakçısı idi. O, 2016-cı ildə döyüşlər başlayan zaman hərbi xidmətdə olub. Vətən müharibəsi başlayanda isə könüllü olaraq cəbhəyə yollanıb və kəşfiyyat bölüyündə xidmət edib. Ağdam, Xocavənd və Füzuli istiqamətində döyüşlərdə iştirak edib.

Tacəddin İsmayılzadə oktyabrın 9-da Füzuli uğrunda gedən döyüşlərdə başından ağır yaralanıb və komaya düşüb.
Xəbəri paylaş