Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA sədri Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndə heyətini qəbul edib



Newscenter.az.15.03.2021. Martın 15-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin ölkəmizdə işgüzar səfərdə olan nümayəndə heyətini qəbul edib.

Newscenter.az-a AQTA-dan bildirilib ki, Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Heyvandarlıq Baş idarəsinin rəisi Zekeriyya Erdurmuş, Ət və süd məhsulları Baş idarəsinin rəisi Osman Uzun, Qida və nəzarət Baş idarəsinin rəisi Harun Seçkin və qurumun Avropa İttifaqı və Xarici Əlaqələr Baş idarəsinin rəis müavini Ferhat Çolakın da daxil olduğu nümayəndə heyəti ilə keçirilən görüşdə iki ölkə arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində əməkdaşlığın perspektivləri və görüləcək işlər müzakirə olunub.

AQTA sədri son dövrlərdə ölkəmizdə qida təhlükəsizliyinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ölkə rəhbərliyinin bu sahəyə göstərdiyi diqqət və qayğı, eyni zamanda qida təhlükəsizliyinin təmin olunması ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar barədə geniş məlumat verib. Ölkəmizdə heyvan sağlamlığının təmin olunması və baytarlıq nəzarəti sahəsində işin daha səmərəli təşkili, həmçinin heyvanların identifikasiyası sisteminin qurulması ilə bağlı məsələləri diqqətə çatdıran Q.Təhməzli qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində gələcəkdə imzalanacaq sazişlərin birgə əməkdaşlığa tövfə verəcəyini vurğulayıb.

Görüşdə baytarlıq və fitosanitar sertifikatların qarşılıqlı tanınması, xəstəliklərdən azad zonanın yaradılması, həmçinin bitki sağlamlığı sahəsində Türkiyə Respublikasının təcrübəsinin öyrənilməsi məqsədilə birgə təlimlərin təşkili və digər məsələlər müzakirə olunub.

Səmimi qəbula görə təşəkkür edən nümayəndə heyətinin üzvləri iki ölkə arasında baytarlıq, bitki mühafizəsi və karantini, həmçinin qida təhlükəsizliyi sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb və bu istiqamətdə öz səylərini əsirgəməyəcəklərini bildiriblər.

Orxan
Xəbəri paylaş