Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət başçısı: Füzuli şəhərindən əsər-əlamət qalmayıb



Newscenter.az.15.03.2021. “Yenə azad edilmiş torpaqlardayıq. Füzulidən işğaldan azad edilmiş Xocavənd rayonuna gedirik.

Newscenter.az xəbər verir ki, bu sözləri Füzuli şəhərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib: “Yol boyunca bütün yaşayış məntəqələrinin dağıdılmasının bir daha şahidi oluruq. Bütün kəndlər, şəhərlər tamamilə dağıdılıb. Özü də bu dağıntılar müharibədən sonra baş vermişdir. Birinci Qarabağ müharibəsi dövründə bu qədər dağıntılar olmamışdı, ola da bilməzdi. Məhz işğal dövründə mənfur düşmən bizim şəhərlərimizi bu hala salıb. Bura Füzuli şəhəridir. Amma şəhərdən əsər-əlamət qalmayıb. Şəhər yoxdur, dağıdılıb. Ermənilər dağıdıblar. Oğru kimi işğal dövründə gəlib, bizim binalarımızı söküb, binaların daşlarını, damlarını aparıblar. Oğru kimi, talançı kimi. Füzuli şəhərinin qalıqlarıdır.

Bu gün də Ermənistanı müdafiə edən xarici dairələr gözlərini açıb baxsınlar onların vəhşiliyinə. Onlar kimi müdafiə edirlər?”

Qeyd edək ki, dövlət başçısının videogörüntüsünü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.
Xəbəri paylaş