Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Üç rayonda bir neçə məktəb koronavirusa görə bağlandı



Newscenter.az.15.03.2021. Koronavirus infeksiyası səbəbindən respublika üzrə daha bir neçə orta məktəbdə əyani təhsil dayandırılıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Ağdaş şəhərində yerləşən Bəkir Nəbiyev adına tam orta məktəb də distant təhsilə cəlb olunub.

Belə ki, təhsil müəssisəsində 2 şagird və 1 müəllimdə COVID-19 testinin cavabı pozitiv çıxdığı üçün Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bu gündən etibarən dərs prosesinin distant təhsilə keçirilməsinə qərar verilib.

XXX

Kürdəmir rayon Qarasu kənd orta məktəbində də distant təhsilə keçirilib.

Belə ki, müəllimlərdən birinin koronavirus testinin nəticəsinin pozitiv olması ilə əlaqədar bu gündən həmin təhsil müəssisəsində tədris 14 gün distant formada davam edəcək.

Qeyd edək ki, bundan bir neçə gün əvvəl rayonun 1 saylı orta məktəbində koronavirus infeksiyasına görə məktəbin 2 b sinfi bağlanmışdı.

XXX


N.Allahverdiyev adına Qax şəhər 2 nömrəli məktəb-liseyin fəaliyyəti müvəqqəti dayandırılıb.

Şəhər 2 nömrəli məktəb-lisey Qax rayonunda fəaliyyət göstərən ən böyük məktəbdir.

Qeyd edək ki, 2020-2021 ci tədris ilində rayon üzrə təhsil müəssilərində bu günə kimi 35 şagirdə, 9 müəllimdə COVID-19 virusu aşkar edilib.
Xəbəri paylaş