Newscenter.az.18.03.2021. Bakıda Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində müəllim şagirdi döyüb.
“Report”un xəbərinə görə, şagirdi döydüyü bildirilən 55 yaşlı Q.Qasımov adlı müəllimlə bağlı Nərimanov rayon 16-cı Polis Bölməsində araşdırmalara başlanılıb.
Məsələyə internat məktəbi hələ ki, münasibət bildirməyib.
Təhsil Nazirliyindən isə bildirilib ki, qeyd olunan məsələ ilə bağlı araşdırma aparılır:
"Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək".