Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqlar yaradılır

Azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqlar yaradılır


Newscenter.az.1.04.2021. Aprelin 1-də Prezident İlham Əliyev “İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən işğaldan azad edilmiş ərazilərdə hərbi prokurorluq orqanlarının fəaliyyətinin daha səmərəli təşkilini təmin etmək məqsədilə Qubadlı, Kəlbəcər Hərbi Prokurorluğu və Qarabağ Hərbi Prokurorluğunun əsasında Ağdam Hərbi Prokurorluğu yaradılır.

Nazirlər Kabinetinə yeni hərbi prokurorluqların, həmçinin Füzuli Hərbi Prokurorluğunun müvafiq olaraq Qubadlı, Kəlbəcər, Ağdam və Füzuli şəhərlərində bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi məqsədilə tədbirlər görülməsi tapşırılıb.
Xəbəri paylaş