Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xristianlığın erməni din alverçiləri



Newscenter.az.3.04.2021. Tarix boyu xristianlıq ermənilər üçün ultramillətçilik ideyalarının pərdələnməsi üçün vasitə olub və qondarma, mövcud olmayan tarix üzərində tərbiyə olunan radikal erməni millətçiləri heç zaman xristianlığın gerçək dəyərlərinin daşıyıcısı olmayıblar.

Bunu xristianlığa qarşı ən kəskin və hətta düşmən mövqedə dayanan pavlikian təriqətinin məhz ermənilərlə bağlığı da sübuta yetirir. Tarixi faktlar sözügedən təriqətin üzvlərinin təkcə ermənilərin yaşadığı ərazilərdə xristianlığın təbliğ etdiyi dəyərlərə və humanizm prinsiplərinə qarşı savaş açmadıqlarını, xristiqanlıq əleyhinə çıxış edən bu erməni təriqətinin daha geniş əraziləri öz ağuşuna aldığını sübuta yetirir. Xristianlığa mahiyyət etibarilə heç bir aidiyyatı olmayan bu erməni təriqətin üzvləri Bizans imperatorları tərəfindən “dindənkənar” elan edildikdən sonra Qərbə doğru hərəkət ediblər. Orta əsr Avropasını araşdıran təqdqiqatçılar pavlikianığı Bizansdan Avropaya daşıyan erməni tacirlərinin apardıqları təbliğat nəticəsində bu antixristian təriqətinin təsiri altında boqomil, katar, albiqoy təriqətlərinin yarandığını qeyd edir, bu təriqətlərin çoxsaylı insan ölümünə bais olduğunu bildirilər. Və eyni zamanda vurğulayırlar ki, XI-XII əsrlərdə albiqoy müharibələri Fransanın cənubunun tamamilə boşalmasına səbəb olub.

Avropalılar “ermənilərin qəlbinə dəyməmək üçün” bu barədə danışmağı sevməsələr də fakt faktlığında qalır və erməni Qriqoryan kilsəsinin digər xristian kilsələrindən fərqli olaraq radikal millətçiliyi özünün aparıcı xəttinə çevirməsi, terrorizmi himayə etməsi, dini konfessiyalar arasında nifaq toxumu səpməsi, bu kilsədə hələ də pavlikian təriqətinin izlərinin qaldığını sübuta yetirir.

Qeyd edim ki, ermənilərin xristianlığa olan ikiüzlü münasibəti özünü daha sonralar da büruzə verir.

Vaxtilə daşnakların ABŞ-da nəşr etdirdikləri “Ayrenik Ukli” qəzetinin 1935-ci il, 29 mart tarixli sayında faşist Qaragin Njdenin “silahdaşlarından” olan Ceyms Mandalyanın redaktorluğu ilə yayımlanan məqalədə deyilir: “Xristianlığı milli dinimiz kimi qəbul etməklə biz xalq olaraq daha çox itirmişik. Bizim xristianlığa minnətdar olmağımız üçün heç bir əsas yoxdur, əksinə xristianlığı ittiham etmək üçün çox şey var...

“Erməni məsələsi” xristianlığı qəbul etməklə ziyan çəkdi. Bu avantüra bizə nə xeyir, nə də rahatlıq gətirdi”.

Göründüyü kimi, özlərini “xristianlığı ilk qəbul edən xalq” kimi dünyaya sırımağa və bundan öz əsassız iddiaları, qanlı məqsədləri üçün yararlanmağa çalışan ermənilər üçün müqəddəs heç nə yoxdur. Onlar Tanrıya və onun dinlərinə belə öz iyrənc məqsədlərini həyata keçirmək üçün gərəkli olan ideoloji vasitə kimi yanaşırlar.

Məhz bu baxımdan, ermənilərin xristian albanların məbədlərinə sahiblənmək cəhdləri, bu məbədlərin əhəmiyyətli hissəsini darmadağın etmələri onların nəinki başqa dinlər, hətta başqa məzhəb və təriqətlərə münasibətdə belə düşmən mövqedə dayanmalarından xəbər verir. Ermənilər indiki Ermənistan ərazisində, yəni tarixi Azərbaycan torpaqlarında mövcud olan bütün alban kilsələrini Yer üzündən siliblər, yaxud erməniləşdiriblər. Ermənistanda hətta xristianlığın digər təriqətlərinə aid olan məbədlər, xüsusilə də Gürcüstanla həmsərhəd bölgədə yerləşən pravoslav kilsələri baxımsızlıq ucbatından xarabalığa çevrilib.

Bu kilsələrdə isə yalnız Gürcüstandan gələn turistlər və həm də nadir hallarda ibadət edirlər. Çünki Ermənistanda, demək olar ki, provoslav təriqətinin mənsubları yaşamır.

Sinaqoqa gəldikdə isə, düşünürəm ki, bu barədə jurnalist Suren Stepanyanın hazırladığı reportajdan kiçik bir iqtibas gətirməklə real mənzərəni təsəvvür etmək olar. Stepanyanın 2018-ci ilin avtustunda yyaımlanan “Ermənistanın yox olan yəhudi icması” adlı məqaləsində deyilir: “Hər gün 56 yaşlı ravvin Qerşon Burnşteyn Ermənistandakı yeganə sinaqoqun qapılarını açıq və ibadətə gələnləri gözləyir... Hansı ki artıq yoxdurlar...”

... 2015-ci ilin statiskalarına görə əhalisinin 93.4 %-inin müsəlman olduğu Azərbaycanda isə yalnız katoliklərə aid olan səkkiz ibadət yeri (5 kilsə, 2 çasovnya, 1 dua evi) fəaliyyət göstərir. Bu sıraya Azərbaycan xalqına məxsus olan Alban məbədlərini, provoslav kilsələrini, eləcə də xristianlığın
müxtəlif təriqətlərinə aid kilsə və dua evlərini əlavə etsək, bəlkə də Ermənistandakı qriqoryan kilsələrinin sayından da çox edər...

Bu səbəbdən, ermənilərin alban kilsələrini özünküləşdirdikləri, bunu bacarmayanda darmadağın etdikləri barədə faktlarla tanış olanda təəccüblənmirəm. Çünki onlar bu torpaqlara aid deyillər və bu torpaqlardakı abidələrə, məbədlərə də öz mədəniyyətlərinin nümunələri kimi yanaşa bilmirlər.

Azərbaycandakı dini konfessiayalara aid bütün məbədlər – məscidlər, kilsələr, sinaqoqlar Azərbaycan xalqına məxsusdur. Çünki biz bütün dinlərə milli mədəniyyətimizin tərkib hissəsi kimi baxır, həmvətənlərimiz, soydaşlarımız arasında onların dini mənsubiyyətlərinə görə ayrı-çeçkilik etmirik.

P.S. Bütün xristian həmvətənlərimizi müqəddəs Pasxa bayramı münasibətilə öncədən təbrik edir, hər birinə xoşbəxt və firavan həyat, möhkəm cansağlığı arzulayıram!

Azərbaycan Prezidentinin dediyi kimi, “Biz birlikdə güclüyük!”

Elçin Mirzəbəyli-BAXCP-nin sədr müavini
Xəbəri paylaş