Newscenter.az.3.05.2021. Bu günlərdə fransalı deputatlardan biri Frabsua Pupponi parlamentin müzakirəsinə daha bir anti-Azərbaycan qətnaməsinin layihəsini təqdim edib.
Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Yeganə Hacıyeva deyib ki, ölkəmizin təcavüzkar kimi təqdim edildiyi sənədi Fransa parlamentinin 33 üzvü artıq dəstəkləyib:
"Qətnamədə Dağlıq Qarabağla məhdudlaşmayıblar və Azərbaycanın azad etdiyi ətraf 7 rayonu da öz qətnamə layihələrində hansısa “təmas xətti zonası” elan ediblər. Bundan əlavə, sənəddə Azərbaycan işğal edilmiş ərazilərini azad etdiyi üçün qınanır və həmçinin Bakıdan 60-dan çox erməni diversantının azad edilməsi tələb olunur".
Politoloq deyib ki, qətnamə beynəlxalq hüquqdan xəbərsiz olmaqla bərabər Cənubi Qafqaz siyasi, təhlükəsizlik realııq və aspektlərindən sadəcə komikdir:
"Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədri (sıravi üzv kimi erməni maraqlarının təmsilçisi kimi qala bilər) kimi Fransanın çıxarılması məsələsini tələb etməlidir".
Sevinc