Newscenter.az.1.06.2021. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı təqdim edib.
ANAMA-dan verilən məlumata görə, mayın 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 369, tank əleyhinə 74 mina və 1090 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 7 395 308 m² (2763,5 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Məlumata görə, ötən ilin noyabrın 10-dan bu il mayın 31-dək piyada əleyhinə 7449, tank əleyhinə 3643 mina və 9033 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ümumilikdə 27 635 309 m² (2763,5 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.