Newscenter.az.1.06.2021 Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) İnkişaf Fondu, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində “Azərbaycanda Miqrasiya üzrə Regional Tədris Mərkəzinin yaradılmasına dəstək” layihəsinin həyata keçirilməsinə başlanılıb.
Newscenter.az xəbər verir ki, məqsəd regional təlim potensialını Azərbaycanda, MDB ölkələrində və xaricdə miqrasiya idarəçiliyi sahəsində əməkdaşlığın gücləndirilməsidir.
Hazırda layihə üzrə məsləhətçilər hədəf ölkələrdə və Azərbaycanda miqrasiya ilə bağlı institusional imkanlara və təlim ehtiyaclarına dair qiymətləndirmə aparırlar. Beynəlxalq məsləhətçi tərəfindən hazırlanan tədqiqat metodologiyası media qurumlarında da təlim ehtiyaclarını müəyyənləşdirməyi özündə ehtiva edir.
Yuxarıda göstərilənləri nəzərə alaraq, sorğu anketini doldurmaqla həmçininə təlim ehtiyacları və potensialı barədə məlumat verməklə layihəmizi dəstəkləməyinizi xahiş edirik.
- Anketin məzmunu layihədən faydalanan bütün ölkələrdəki bütün KİV qurumları üçün oxşardır.
- Anket hərtərəflidir, çünki mövcud proses ehtiyaclarınızı ən təsirli şəkildə hədəfə almağa yönəlmişdir, beləliklə Miqrasiya üzrə Regional Təlim Mərkəzi bütün əlaqəli ölkələr və onların müvafiq qurumları üçün tam faydalı olacaqdır. Buna görə ayırdığınız vaxtı və anketi doldurmaq üçün səylərinizi yüksək qiymətləndiririk.
- Anketi doldurmaq üçün bəzi məlumatları nəzərinizə çatdırırıq:
1) Anketlər vasitəsi ilə toplanan məlumatlar mümkün qədər geniş seçim əsasında tamamilə anonim şəkildə təhlil ediləcəkdir.
2) Toplanan məlumatlar yalnız Mərkəz üçün mövcud Ehtiyacların Qiymətləndirilməsi təliminin məqsədi üçün xidmət edəcək və ondan kənar bir yerdə paylaşılmayacaq və ictimaiyyətə açıqlanmayacaqdır.
3) Mümkün qədər bütün bölmələri doldurmağa çalışın, lakin bir suala cavab vermək istəmədiyiniz təqdirdə, növbəti suala keçə bilərsiniz.
4) Anket göndərildikdən sonra cavab vermə müddəti 7 iş günüdür.
5) Zəhmət olmasa, doldurulmuş sorğu anketini [email protected] elektron poçt ünvanı vasitəsilə BMqT Milli Məsləhətçisi xanım Aygün Hüseynliyə göndərin.
6) Hər hansı bir sualınız olarsa, xanım Hüseynli ilə əlaqə saxlaya bilərsiniz
7) Məsləhətləşmə prosesi nə qədər geniş olacaqsa, Regional Mərkəz ehtiyaclarınızı bir o qədər yaxşı həll edə və gözləntilərinizi qarşılaya biləcək, buna görə də anketinizi həmkarlarınızla bölüşmək istəsəniz, lütfən bunu etməkdən çəkinməyin. Öz növbəsində, həmin həmkarlar bunu birbaşa xanım Hüseynliyə göndərə bilərlər.