Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

May ayında 2 141 müraciət daxil olub



Newscenter.az.1.06.2021. May ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 2 141 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Newscenter.az İdarəyə istinadən xəbər verir ki, statistikaya əsasən, Telefon Məlumat Mərkəzində (telefon: (+99412) 599-12-22) 1 250 zəng qəbul edilib.

Ötən ay BŞTİ-yə 582 sənəd (vətəndaşlar tərəfindən 156 ərizə, Təhsil Nazirliyindən 58, digər qurumlardan 133, məktəblərdən 146 məktub, 24 strukturdaxili yazışma və 65 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 309 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, I sinfə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul, informasiya təminatı və digər məsələləri əhatə edib.

R.Mehdiyeva
Xəbəri paylaş