Newscenter.az.1.06.2021. Şəkidə Deputat Vüqar İskəndərovun dəstəyi, “Əsgərə xatirə” layihəsinin təşkilatçılığı ilə 1 iyun – Uşaqların Müdafiə Gününə həsr olunmuş “İgid yadigarları” Xarıbülbül festivalı keçirilib.
Newscenter.az xəbər verir ki, tədbirə 8 rayondan ümumilikdə 100-ə yaxın şəhid və qazilərin övladları qatılıb. Festivalı açılış sözü ilə açan Layihə rəhbəri Nuranə Şıxəliyeva qeyd edib ki, şəhid ailələrinə, qazilərə, onların övladlarına daim dövlət qayğısı ən yüksək səviyyədədir. Festivalda çıxış edən deputat Vüqar İskəndərov Ali baş komandanın rəhbərliyi ilə qazanılan qələbə nəticəsində Qarabağ məsələnin artıq tam həll olunduğunu diqqətə çatdırıb.
Festivalda həmçinin Şəki şəhər İcra Hakimiyyətinin nümayəndələri, millət vəkili Cəbi Quliyev, Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndələri, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının üzvü Hacı Surxay Məmmədli, “Həyat” Fondunun rəhbəri Hacı Nuran, layihənin icraçı direktoru Məltəm Şıxaliyeva və digər fəxri qonaqlar iştirak ediblər. Festival bədii hissə ilə davam etdirilib. Uşaqlara sirli-sehrli nağıllar aləminə səyahət də təşkil olunub, onlara və şəhid-qazi ailələrinə sovqatlar paylanılıb, xatirə fotoşəkilləri çəkilib.
Sevinc