Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Elvusal Məmmədov yazır: Kosmopolitizm, humanistlik kimi çox vaxt mahiyyətindən uzaqlaşdırılmış anlayışlarla özümüzü aldatmayaq



Newscenter.az.4.06.2021. Bu günlərdə Ölkə başçısına erməni əsirlərin (!) azad edilməsi üçün "bir qrup ziyalı" tərəfindən müraciət ünvanlanıb. Düzü, təəccüblənmədim. Bizim doğma ölkəmizdə özdə yaşayıb özdən olmayan, özdən qidalanmayan, özlə bütövləşməyən ünsürlər həmişə olmuşdur və olacaqdır!

Bakıda əlləri dinc müsəlmanların (türklərin, tatların, ləzgilərin...) qanına batmış ermənilərlə mübarizə illərində evində erməniləri "humanist" niyyətlə gizlətmiş Məşədi Əzizbəyov kim idisə, bu gün Prezidentə çağırış edənlər də odur...
Axı nə üçün bizdə belə hala rast gəlinir?

Bəlkə də, bunun əsas səbəbi natamamlıq kompleksindən əziyyət çəkən, milli öz və kimlik boşluğunda yaşayan şəxsiyyət tipidir.
Belə insanlar gücünü Özdən almadıqları üçün başqlarının təsdiqinə, özgə gözündə xoş görünməyə möhtacdırlar! Dediyimiz kimi, Milli Öz onlar üçün qidalandırıcı mənbə seçilməmişdir!

Bəs erməni ziyalısı ictimai fəalı analoji addımı atarmı?

Atmaz! Nə üçün? Çünki ermənilər milli cəhətdən dolu xalqdırlar, özünütəsdiq üçün başqalarının rəyinə, qiymətləndirməsinə ehtiyac duymazlar!

Atmaz! Atsaydılar Birinci Qarabağ müharibəsində əsir götürülmüş həmvətənlərimizin azad edilməsi üçün özlərinin xunta başçılarına müraciət edərdilər!

Kosmopolitizm, humansitlik kimi çox vaxt mahiyyətindən uzaqlaşdırılmış anlayışlarla özümüzü aldatmayaq! Milli doymuşluğu və qənaətbəxşliyi olanlar kosmopolitizmə ehtiyac duymadığı kimi, yaxın tarixində yaı düşmənin qətliamlarına məruz qalanlar da humanizmi dilinə gətirməzlər...

P.S. Müraciətdə "əsir" sözünün işlədilməsi bu ölkəyə "arxadan zərbə" deyilmi?! Hər halda, özümüzdən olan belə zərbələrlə gündəmə gəlməz!

Elvusal Məmmədov

AMEA, Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi, Fəlsəfə üzrə fəlsəfə doktoru
Xəbəri paylaş