Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dinc və mülki insanların həlak olması ilə nəticələnən hadisələrə görə məsuliyyət Ermənistan üzərinə düşür



Newscenter.az.5.06.2021. 04.06.2021-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Azərbaycan Respublikasının Kəlbəcər rayonunda peşəkar vəzifələrini yerinə yetirərkən AzərTac-ın xüsusi müxbiri İbrahimov Məhərrəmin, AzTV-nin operatoru Abışov Siracın və onlarə müşayiət edən yerli icma nümayəndəsi Arif Əliyevin minaya düşərək həlak olmaları xəbəri hər kəsi sarsıtdı. İctimai birlik həlak olanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verir və hər birinə səbr diləyir.

Newscenter.az xəbər verir ki, bu fikirlər “Mədəniyyətin və milli ənənələrin təbliği” ictimai birliyinin bəyanatında yer alıb. Bəyanatda daha sonra qeyd edilir?

Qəti əminliklə bəyan edirik ki, dinc və mülki insanların həlak olması ilə nəticələnən bu cür hadisələrə görə məsuliyyət bilavasitə Ermənistan dövlətinin üzərinə düşür. Rəsmi İrəvanın 30 ilə yaxın bir müddətdə işğal altında saxadığı tarixi Azərbaycan torpaqlarında minalanmış sahələrin xəritələrini bugünə qədər Azərbaycana verməməsi belə faciələrə səbəb olur. Şübhəsiz ki, beynəlxalq ictimaiyyətin Ermənistan dövlətinə minalanmış sahələrin xəritələrini Azərbaycan tərəfinə təhvil verməsi ilə bağlı təzyiq göstərməməsi, bu məsələyə laqeyd və biganə yanaşması nəticədə günahsız insanların həlak olmasına gətirib çıxarır.

“Mədəniyyətin və milli ənənələrin təbliği” ictimai birliyi bütün ölkələrin hökumətlərini, beynəlxaq təşkilatları və qeyri-hökumət təşkilatlarını Ermənistan dövlətinə təzyiq göstərməyə və minalanmış sahələrin xəritələrinin Azərbaycana təhvil verilməsinə nail olmağa çağırır.

Mehman
Xəbəri paylaş