Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyəyə göndərilən daha 5 qazimiz sağalaraq Vətənə dönüb



Newscenter.az.7.06.2021. Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 5 qazimiz sağalaraq Vətənə geri dönüb.

Bu barədə Newscenter.az-a Fonddan məlumat verilib.

Bildirilib ki, Əliyev Arzu Könül oğlu, Zeynalov Məhiyyəddin Elsevər oğlu, Abbasov Müzəffər Maqsud oğlu, Əhmədov Samməddin Həmid oğlu, Abbasov Kamal Saleh oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.

Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 63 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Sevinc
Xəbəri paylaş