Newscenter.az.12.06.2021. Bakı Ali Neft Məktəbində (BANM) Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun iştirakı ilə Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan “Milli qurtuluşdan tarixi Zəfərə” adlı tədbir keçirilib.
Newscenter.az xəbər verir ki, karantin qaydalarına uyğun şəkildə təşkil edilən canlı görüş paralel olaraq onlayn formatda da yayımlanıb. Görüşə onlayn olaraq 900-dək iştirakçı qatılıb.
Tədbirdə çıxış edən Tahir Budaqov diqqətə çatdırıb ki, tariximizdə Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malikdir. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü siyasi hadisə kimi daxil olub. Daha sonra Tahir Budaqov Bakı Ali Neft Məktəbinin tələbələrinin çoxsaylı suallarını cavablandırıb. Tahir Budaqova Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” plaketi və xatirə hədiyyəsi təqdim olunub.
Ruhiyyə