Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Türkiyəni Cənubi Qafqazdan çıxarmağa çalışır



Newscenter.az.12.06.2021. Dağlıq Qarabağ ətrafında baş verən hadisələr indi daha da qızışmaqdadır. Rusiya nəyin bahasına olur olsun "sülhməramlıları"na mandat almaq və uzunmüddətli Cənubi Qafqazda öz varlığını təmin etməyə çalışır. Eyni zamanda regionda özü üçün ciddi müttəfiq hesab etdiyi Türkiyəni mümkün qədər daha tez regiondan çıxartmağa çalışır.

Şübhəsiz ki, Rusiyanın atdığı bu addımlar həm Türkiyə, hım də Qərb ölkələri tərəfindən diqqətlə izlənilir.

Məhz buna görədir ki, dünyanın gözü 14 iyun 2021-ci ildə Brüsseldə keçriləcək NATO dövlət başçılarının sammitinə yönəlib. Bu sammit çərçivəsində ABŞ prezidenti Co Bayden və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutacaq görüş olduqca maraqla gözlənilir. Təbii ki, bu görüşdə bir çox məsələlər müzakirə olunacaq ki, onların sırasında Dağlıq Qarabağın da olacağı açıq şəkildə vurğulanır. Türkiyə və ABŞ arasında hər nə qədər ziddiyyətlər olsa da, aralarında uzun və dərin müttəfiqlik münasibətlərinin olduğunu unutmaq olmaz.

Verilən məlumatlara əsasən Brüsseldə baş tutması gözlənilən digər bir görüş Fransa prezidenti Emmanuel Makron və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutacağı gözlənilir. Bu görüşün təşəbbüsü Fransa tərəfindən gəldiyi bildirilir. Fransa prezidenti Emmanuel Makron da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyi düşündüyünü bildirib.
Görünən odur ki, Dağlıq Qarabağ məsələsində Qərbin və Türkiyənin fikri üst-üstə düşür. Yəni nə Qərb ölkələri, nə də Türkiyə Rusiyanın Dağlıq Qarabağda dominantlığını istəmir.

Hesab edirəm ki, tərəflər arasında müzakirə ediləcək mövzular arasında əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ola bilər ki, bunu da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öncədən bəyan etmişdir.

Görünən odur ki, Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərində Azərbaycan və Türkiyə arasında daha geniş sahələri əhatə edən və strateji baxımında dərin olan müqavinənin imzalanmasında da vacib məsələlər qeyd ediləcək.

Samir Hümbətov-siyasi şərhçi
Xəbəri paylaş