Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaqif Abdullayev yazır: Ayağı gora titrəyən 70 yaşlı qocanın başı bədəninə ağırlıq edir



Newscenter.az.12.06.2021. Erməni katalikosu II Qareginin bu yaxınlarda Xankəndiyə səfər etməsi və revanşist bəyanatlar səsləndirilməsi Qarabağdakı kövrək sülhü pozmağa yol açır. Birmənalı şəkildə qeyd edilməlidir ki, Ermənistanın Baş katolikosunun niyyəti, məsləki Qarabağda gərginlik ocağını alovlandırmaqdan ibarətdir. 44 günlük Vətən müharibə zamanı bu qara geyimli dindar dinini-imanını itirərək əsgərlərin və hətta din xadimlərinin əlinə silah verib Qarabağa göndərdi, minlərlə insanın ölümünə bais oldu.

Baş keşiş indi isə Xankəndindəki baş terrorçu Araiklə görüşür, keçmiş separatçı lider Bako Saakyanla görüşdə müharibə, baş kəsmək kimi terror anonslarını verir, özü də Rusiya sülhməramlıları komandanının köməkçisi Boris Qrişinin düz yanında.

22 ildir ki, katalikosluq edən 70 yaşlı II Qaregin faşist ideologiyasının təbliğində baş roldadır. Onu ideoloqu faşist Nijde ilə eyni məslək birləşdirir, Azərbaycana, türkə qarşı düşmənçilik toxumunu səpir. Hər ikisinin adı Qaregindir, hər ikisi insanlığın düşmənidir.
Erməni kilsəsi öz xalqına nicat verəcək sülh ideyalarını təşviq etmək, barışığa, dinc həyata, qarşılıqlı anlaşma və əməkdaşlığa çağırış əvəzinə qan tökmək, baş kəsmək kimi zərərli terrorizmi yayır. Bu adam dini rütbəsindən, dini qiyafəsindən istifadə edərək açıq antibəşəri ideologiyanın təşviqi ilə məşğul olur, dini ayrı-seçkiliyi, irqçiliyi, təbliğ edir. Regionda və qardaş Türkiyədə erməni terrorizminin ideoloji rəhbəri kimi məhz erməni kilsəsinin baş keşişi çıxış edir.

Səmavi dinlərin, ruhaniliyin fəlsəfəsi sülh və dinc yaşayış, toleranlıqdır. Bütün dinlərin əsasında sülh dayanır və adətən din xadimləri toqquşmaların qarşısının alınmasında rol oynayırlar. Din xadimləri adətən sülh və barış çarçıları olurlar. Ancaq erməni xisləti bu məsələdə də özünün eybəcər simasını göstərir. Erməni katolikosu isə müqəddəs dinlərə, xristianlığa ləkədir, onun terrora müqəddəslik donu geyindirərək baş terrorçu roluna bürünməsi bəşəriyyətə, dünya dinlərinə təhqirdir.

Bütün Qafqazın Şeyxi, Şeyxülislam Allahşükür Paşazadə dəfələrlə ona müraciət edərək regionda sülh təşəbbüslərini dəstəkləməyə, erməni xalqını dinc və birgəyaşayışa dəvət etdi. Ancaq keşiş bunun tərsini edir, hərbçilərlə görüşüb onların başına ağıl qoymaq əvəzinə, terrorçulara qan tökmək yolunda dualar edir. Bu din xadimidir, yoxsa, qara niqaba bürünmüş iblis, şeytan? Dünya dini konfessiyaları, Ümumdünya Kilsələr Şurası, Vatikan, Roma Papası buna niyə münasibət bildirmir?

Bu, bir həqiqətdir ki, vaxtilə işğal altında olmuş torpaqlarımızdakı məscid və dini abidələrimizi darmadağın edən erməni vandallarının bu mədəni-dini soyqırımları məhz II Qareginin xeyir-duası ilə həyata keçirilib. Bu cür iblis xislətli insan yalnız dağıtmağa, öldürməyə, işğala, zülmə və zora “xeyir-dua” verə bilər.

Ayağı gora titrəyən 70 yaşlı qocanın başı bədəninə ağırlıq edir, Qarabağ ermənilərini birləşərək mübarizəyə səsləyir. Onun ağlı çaşıb, regionun güc mərkəzi olan Azərbaycanlamı mübarizə aparacaqlar? Keşişin bu zərərli çağırışları erməni xalqının Azərbaycan torpaqlarında xoşbəxt və firavan yaşamasına təhlükədir, erməni əsgərlərini yenidən ölümə göndərməkdir. Anlamırlar ki, Dəmir Yumruq yenidən havaya qalxsa başları yerindən qopacaq.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor
Xəbəri paylaş