Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə ilə insan resursları sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib



Newscenter.az.17.06.2021. Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Türkiyə Prezidenti Administrasiyasının İnsan Resursları Ofisinin rəhbəri Salim Atayla görüş keçirib.

Newscenter.az nazirliyə istinadən xəbər verir ki, görüşdə insan resursları sahəsində əməkdaşlığa dair məsələlər müzakirə predmeti olub.

Türkiyə tərəfi ilə ölkəmizdə innovasiyaların təşviqinə yönəlmiş kadr potensialının hazırlanması istiqamətində birgə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Sevinc
Xəbəri paylaş