Newscenter.az.22.06.2021. Millət vəkili Könül Nurullayeva AŞPA-nın Yay Sessiyası üzrə baş tutan videokonfransında iştirak edib.
Newscenter.az xəbər verir ki, sessiyada "Media azadlığı, ictimai inam və insanların bilmək hüququ" mövzusu ətrafında çıxış edən deputat media azadlığı ilə bağlı dünyadakı vəziyyətdən, xüsusilə də Azərbaycanda möcvud olan mətbuat və internet azadlığı, insanların leqal informasiya əldə etmək hüquqlarının uğurlu tətbiqindən söz açıb.
K. Nurullayeva çıxışında bildirib ki, Azərbaycanda hər kəs qanuni şəkildə informasiya axtarmaq, almaq, hazırlamaq və yaymaq hüququna malikdir, internet isə ölkəmizdə azad olub əhalinin 80%-i tərəfindən istifadə olunmaqdadır.
Milli Məclis deputatı çıxışında həmçinin Azərbaycanın şəhid media nümayəndələri Sirac Abışov və Məhərrəm İbrahimovun Kəlbəcərdə ermənilərin mina terrorunun qurbanı olması barədə iştirakçıları məlumatlandırmışdır. K.Nurullayeva "Ermənistanın bu terror siyasəti bütövlükdə dünya mediasına yönəlmiş təhlükədir" deyə qeyd edib.
Çıxışın sonunda isə millət vəkili həmkarlarının fikirlərinə qoşulub, hökumət və dövlət orqanları ilə yanaşı özəl media, təhsil ocaqları və mədəniyyət evlərini də maariflənmə prosesində fəal olmağa çağırıb.
Ruhiyyə