Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Energetika Nazirliyinin işçilərinin say həddi artırılıb



Newscenter.az.22.06.2021. Prezident İlham Əliyev “Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi, Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” 15 may 2006-cı il tarixli fərmanında dəyişikliklər edilməsi haqqında" 11 aprel 2014-cü il tarixli fərmanında dəyişiklik edib.

Newscenter.az xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, Energetika Nazirliyinin işçilərinin say həddi 140 ştat vahidindən 180 ştat vahidinə çatdırılıb.

Artım nazirliyin tabeliyinə yaradılmış Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin 40 ştat vahidi hesabına baş verib.
Xəbəri paylaş