Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Köçəryan depressiya içindədir



Newscenter.az.22.06.2021. Robert Köçəryan parlament seçkilərindəki məğlubiyyətini həzm edə bilmir, depressiya içindədir. O özünü müxalifətdə görə bilmir, hətta parlamentdə deputat kimi əyləşməyi özü üçün təhqir hesab etdiyindən qanunverici orqanın işində iştirak etməyəcəyinə dair açıqlama verib.

Köçəryan hazıra öyrəşib. Köçəryanı əvvəlcə Qarabağda separatizmin başına gətirdilər, bir müddət sonra Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan onu Ermənistanda baş nazir təyin etdi. Köçəryan bir il keçməmiş Levon Ter-Petrosyanı devirərək prezident kürsüsünü qapazladı.

Köçəryan seçkidə məğlubiyyətinin əvəzində indi də Xankəndini qarışdırmağa başlayıb. Onun Qarabağdakı adamları digər separatçı Araik Arutunyanı devirmək istəyirlər. Rusiya qarışmır. Görünür, Rusiyadakı mərkəzlər hesab edirlər ki, Köçəryanı Ermənistanda hakimiyyətə gətirə bilmədilər, heç olmazsa Qarabağda radikallar baş rolda olsunlar. Bu Paşinyan üçün pis ssenaridir. Nikol Paşinyan müharibədə məğlub olsa da, tərəfdarı Araik Arutunyan vasitəsilə bir gözüylə Xankəndiyə baxır. Ancaq separatçılar Araiki devirib Köçəryan kimisini Xankəndidə oturtsalar ermənilər arasında nifaq daha da dərinləşəcək.

Bizə gəldikdə Xankədidəki hadisələri kənardan seyr etmək məcburiyyətindəyik. Köçəryanın Qarabağdakı əsas adamı onun kimi digər qatil, qondarma qurumun “təhlükəsizlik şurası”nın rəhbəri Vitali Balasanyandır. Araik, Balasanyan və ya qeyrisi – hamısı separatçıdır. Bizim üçün “yaxşı separatçı” və ya “pis separatçı” anlayışı yoxdur. Xankəndidə qarşıdurma güclənəcəyi və bir-birlərinə atəş açmaları istisna deyil. Buna da hazır olmalı və nə edəcəyimizi əvvəlcədən bilməliyik.

Elxan Şahinoğlu-"Atlas" Araşdırmalar Mərkəzinin sədri
Xəbəri paylaş