Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Teymur Rəcəbov Aronyana qalib gəldi



Newscenter.az.22.06.2021. Azərbaycan şahmatçısı Teymur Rəcəbov Fransanın paytaxtı Parisdə təşkil olunan rapid üzrə "Grand Chess Tour" seriyasının ikinci mərhələsində Ermənistan təmsilçisi Levon Aronyanla növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, XVII tura təsadüf edən blits qarşılaşması 34 yaşlı qrossmeysterin qələbəsi ilə başa çatıb.

Qara fiqurlarla oynayan Rəcəbov 30-cu gedişdə rəqibini təslim olmağa məcbur edib.
Xəbəri paylaş