Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili AŞPA-nın sessiyasında qadınların məruz qaldığı diskriminasiyadan danışıb



Newscenter.az.24.06.2021. Millət vəkili Könül Nurullayeva AŞPA-nın Yay Sessiyası üzrə baş tutan videokonfransında iştirak edib.

Newscenter.az xəbər verir ki, sessiyada "Təmsil olunmayan qruplardan olan qadınların siyasi və ictimai qərar qəbul etməsində iştirakının artırılması" mövzusu ətrafında çıxış edən Milli Məclisin deputatı azyaşlı, əlil, qaçqın və məcburi köçkün statuslarına sahib olan həssas qrup qadınların üzləşdiyi diskriminasiya və ictimai təyziqdən, bu qadınların siyasi və ictimai qərar qəbul etmədə qeyri-bərabər təmsil olunmasından söz açıb.

K. Nurullayeva çıxışında həmçinin 30 illik işğalın nəticələrinə toxunub. Bildirib ki, 1 milyondan artıq qaçqın və məcburi köçkünlər arasında çoxluq təşkil edən qadınlarımız siyasi və ictimai qərar qəbul etmək imkanlarından məhrum olub.

Millət vəkili həmkarlarına Azərbaycanın şərqdə ilk dəfə qadınlara səsvermə hüququ verən bir ölkə olaraq, daim qadın və kişilərin bərabərhüquqluluğunun tərəfdarı olduğunu diqqətə çatdırıb.

Deputat K.Nurullayeva vurğulamışdır ki, qadınların dövlətin qərar qəbuledici orqanlarında "Birinci Vitse-Prezident" və "Milli Məclisin sədri" kimi vəzifələrə təyin olunması Azərbaycanda qadınların səlahiyyətlərinin təqdirəlayiq bir səviyyəyə çatmasının göstəricisidir.

Çıxışın sonunda isə deputat həmkarlarına qoşularaq, dünya ölkələrinə təmsil olunmayan qrup qadınların məruz qaldığı diskriminasiya və şiddətə qarşı siyasi mexanizmlərin tətbiqini tövsiyə edib.

Ruhiyyə
Xəbəri paylaş