Newscenter.az.27.06.2021. Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci ili “Nizami Gəncəvi ili” elan edərək Sərəncam imzalayıb. Sərəncamdan irəli gələn tədbirlər keçirilməsi planına əsasən Gəncə şəhər Nizami Bələdiyyəsində “Nizami Gəncəvinin 880 illik yubileyi” mövzusunda tədbir keçirilib.
Newscenter.az xəbər verir ki, tədbirdə bələdiyyə üzvləri ilə yanaşı bir sıra qonaqlarda iştirak edib.
Tədbiri giriş sözü ilə Bələdiyyənin sədri Qoşqar Məmmədov açıb. Daha sonra, qonaq qismində iştirak edən AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, fil.ü.f.d. Muxtarov Əlimuxtar, AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin elmi işçisi, şöbə müdiri, doktorant Təranə Verdiyeva, Gəncə Regional Ədliyyə İdarəsinin böyük məsləhətçisi Samir Cəfərov, Bələdiyyə üzvü, AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin elmi işçisi, doktorant Çimnaz Vəliyeva çıxış edib.
Çıxışlar zamanı Nizami Gəncəvi dühasının sonsuz şeir xəzinəsindən, onun Azərbaycan ədəbiyyatına təsirindən, Nizaminin Gəncədən olması ilə bağlı özünün bəhs etdiyi beytlərdən söz açılıb. Həmçinin, Gəncədə “Nizami Gəncəvi” ili ilə bağlı görülən işlərdən, nəşr olunan kitablardan da bəhs edilib. Yekunda Nizami Gəncəvinin müasir gənclik tərəfindən də tədqiq və təbliğ edilməsinin təqdirəlayiq hal olduğu vurğulaıb.
NEWSCENTER.AZ