Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bəzi dövlət xidmətində vəzifə tutmaq üçün ya yüksək vəzifəli qohumun olmalı, ya da külli miqdarda rüşvət verilməlidir



Newscenter.az.29.06.2021. Bəzi Dövlət xidmətində vəzifə tutmaq üçün ilk növbədə ya yüksək vəzifəli qohumun olmalıdır, ya da külli miqdarda rüşvət verməlidir, ardınca da digər şərtlər gəlir.

Əgər bu şərtlərdən birini yerinə yetirməyə hazır deyilsənsə, o zaman istəyi hasil olmur. Bu gün bəzi xidmətlərdə vəzifələrə edilən təyinatların hamısı həmin sahəyə rəhbərlik edən kadr xidməti tərəfindən, əsasən rüşvət əsasında aparıldığını hər bir ölkə vətəndaşı bilir. İnsanları indi and içməklə, bəyanat verməklə, nömrə göstərməklə aldatmaq mümkün deyil. Bəzi dövlət xidmətində layiq olduğun yeri tutmaq üçün insana xas olan yüksək keyfiyyətlər yetərli deyil. Tərbiyə, bilik, savad, peşəkarlıq, vətənpərvərlik, yüksək şəxsi mədəniyyət vəzifə tutmaq üçün şans sayılmır. Əsas odur ki, Həsən ağanın qohumusan, ya yox? Əgər o, Ağanın qohumusansa, pulun varsa, demək, sən bu xidmətdə istənilən yüksək vəzifəni tuta bilərsən və hətta istədiyin qədər var-dövlət də yığa bilərsən. Tək bircə təhlükə var. Vay o gündən ki, Həsən Ağanın ipi üzülə. O zaman dərdinə çarə ölünü qoyub, dirini ağlamaqdan başqa ayrı yol qalmır.

Bu gün bəzi Dövlət xidmətinin bəzi qurumlarında təyinatın mənbəyi araşdırılsa, gedib yuxarıda qeyd etdiyim rüşvət amilinə çıxır. Ona görə ki, vəzifəyə təyin etmək lazım gələndə, kadr xidməti dərhal gizli akusion elan edirlər. Sonda kim çox rüşvət verirsə, kadr xidmətinin dediyi hesabı təmin edirsə, həmin adam da layiq olmadığı vəzifəsinə təyin olunur. Savadlı və təcrübəli kadrlar yaxşı başa düşür ki, rüşvətxorluq virusuna yoluxmuş məmuru heç Allah(əstəğfurullah) da düz yola qaytara bilməz!.. Bu yerdə rusların ilk kitabı ”İqor Polku haqqında dastan”da qeyd edildiyi “canavarın dişi sürünün qanına bulaşıbsa, öldürülməsə, sürünün axırına çıxacaq” hikməti heç də təsadüfi yaranmayıb!..

Onu da qeyd edim ki, ölkəni bəhs etdiyim xoşagəlməz vəziyyətdən qurtarmaq üçün ölkə prezidenti tərəfindən ciddi islahatların aparılması xalqı xeyli ümidləndirib. Son illər cənab Prezident tərəfindən ölkədə rüşvətxorluğun qarşısını almaq istiqamətində edilən hərəkəti yalnız inqilabla müqaisə etmək olar! Cənab Prezidentin bu addımları o qədər cəlbedicidir ki, nəinki ölkəmiz, hətta bütün dünya bu islahatları böyük heyranlıqla qarşılayır və alqışlayır. Bəli, nəhayət, cənab Prezident ölkəni sarmaşıq kimi sarmış rüşvətxorluq torundan xilas etməyə atdığı addımlar xalqımızın dövlətə və Prezidentimizə olan inamını birə-beş artırıb! Bəli, ölkə Prezidentinin rüşvətxorluq mühitini darmadağın etmək üçün başlatdığı ciddi axtarışlar hazırda bəhrəsini verir və buna görə də son zamanlar hər yerdə Xalq öz Prezidentini xilaskarı kimi qarşılayır, ona inanır, onu bağrına basır!

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş